İlham Əliyev: “Silah və sursatın yığılması prosesinə başlanılıb”

İlham Əliyev: “Silah və sursatın yığılması prosesinə başlanılıb”

Hazırda oxunan: İlham Əliyev: “Silah və sursatın yığılması prosesinə başlanılıb”

156649

“Yevlaxda keçirilmiş görüşdə reinteqrasiya məsələləri üzrə Azərbaycanın planları qarşı tərəfə təqdim edilib”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbulu zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB


İlham Əliyev Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə İşçi qrupun yaradıldığını, bu İşçi qrupun əsas funksiyalarının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli olduğunu, Yevlaxda keçirilmiş görüşdə reinteqrasiya məsələləri üzrə Azərbaycanın planlarının təqdim edildiyini diqqətə çatdırıb.  

Dövlətimizin başçısı, həmçinin yerlərdə artıq silah və sursatın yığılması prosesinə başlanıldığını, orada çox böyük həcmdə silah-sursat anbarlarının müəyyən edildiyini bildirib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO