Gələn ilin büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar VERİLİB 

Gələn ilin büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar VERİLİB 

Hazırda oxunan: Gələn ilin büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar VERİLİB 

156634

Nazirlər Kabineti Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, eləcə də, gələn il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında layihəni Prezident İlham Əliyevə təqdim edilməsi ilə bağlı qərar imzalayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin məlumatında qeyd edilib. 

Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərara əsasən, layihələr “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim ediləcək. 
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 38 milyard 578,1 milyon manat, xərclərinin isə 41 milyard 956,8 milyon manat olacağı gözlənilir. Bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 10,4 % az və 1,7 % çoxdur. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO