Ərdoğan: “İlham Əliyev dedi ki, “işi bitirdik, buna son qoyduq””

Ərdoğan: “İlham Əliyev dedi ki, “işi bitirdik, buna son qoyduq””

Hazırda oxunan: Ərdoğan: “İlham Əliyev dedi ki, “işi bitirdik, buna son qoyduq””

156392

“Bu, qismən Qarabağda talançı erməni komandası ilə bağlı məsələdir. Onların “prezident seçkiləri”ni özünəməxsus şəkildə keçirmək cəhdi həm Ermənistanın baş naziri Nikol Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib. Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxırdı. Bu arada, təbii ki, qardaşlarımızın şəhid olması hadisəni çox fərqli səviyyəyə qaldırdı”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan jurnalistlərə açıqlaması zamanı bildirib. 

Ərdoğan qeyd edib ki, Azərbaycan Qarabağda separatçı erməni qüvvələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri 24 saatdan da az vaxt ərzində uğurla başa çatıb:

“Antiterror tədbirləri bitdikdən sonra mənə dedilər ki, 90-a yaxın vacib nöqtə məhv edilib. Yəni 90 mövqe vurulmaqla artıq tədbirlər bitib. 

Daha sonra antiterror tədbirləri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığım oldu və dediki “yəqin ki, bir daha orada nəfəs ala bilməyəcəklər. Biz işi yenicə bitirdik. Heç bir problem yoxdur. Biz buna son qoyduq””. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO