Ermənistan tərəfinin silahlandırılması münaqişənin müddətinin artırılmasına, daha çox insan tələfatına yönəlmiş bir addımdır. Xüsusilə nəzərə alsaq ki, Ermənistan tərəfi əldə etdiyi silahları daha çox mülki obyektləri və dinc sakinləri hədəf almaq üçün istifadə edir.
Lakin bəzi ölkələr və qurumlar Ermənistanı silahlandırmaqda olduqca maraqlı görünürlər. Hətta bu mənfur əməllərini “humanitar yardım” adı altında pərdələməkdən də çəkinmirlər. Bu qurumlar içərisində xüsusilə diqqət çəkən isə dünyaca məşhur mülki aviasiya şirkəti hesab olunan “Qatar Eirveys”in adının hallanmasıdır.
Qatar özünü Yaxın Şərqdə Türkiyənin müttəfiqi və Azərabaycanla xoş əlaqələrə malik ölkə kimi təqdim edir. Amma Azərbaycanın və eləcə də Türkiyənin bölgədəki maraqlarına zidd şəkildə Ermənistana “yardım” kampaniyasında daha çox Qatar Hava Yollarının adı hallanır.
15 oktyabr tarixində “Qatar Eiryevs”ə məxsus sərnişin təyyarəsi ilə “humanitar yardım” adı altında Los-Angelesdən 43 ton şübhəli yükün daşınması Türkiyənin hava məkanını bağlaması səbəbi ilə reallaşmamışdı. Ancaq 19 oktyabr saat 12:17-də “Qatar Eirveys”in sərnişin təyarəsi Ermənistan Zvarnost hava limanına eniş etmiş, təyyarədə “humanitar yardım” adı altında 100 tona yaxın şübhəli yükün olduğu məlum olmuşdu.
Bu miqdardakı “humanitar yardımların” hara və necə xərcləndiyi haqqında isə nə bir sübut, nə də bir məlumat təqdim edilməyib.
Bir müddət əvvəl “Air Armenia” aviaşirkətinin sərnişin təyyarələri vasitəsilə Ermənistana raket və tank əleyhinə silahlar daşıdığı da ortaya çıxmışdı. Hətta Ermənistan Mülki Aviasiya Komitəsinin rəbəri Tatev Razevyan çıxışlarının birində mülki aviaşirkətlərin bu “yardımları” Ermənistana heç bir qazanc güdmədən həyata keçirdiyini də qeyd etmişdi.
“Qatar Eirveys” rəsmi olaraq Qatar dövlətinə məxsus aviaşirkətdir və bu səbəblə də, şirkətin özbaşına, rəsmi dairələrin məlumatı olmadan sərnişin təyyarələri ilə silah-sursat daşıması ehtimalı çox azdır.
Rəvan Əliyev, Bizim.Media