Polkovnik: “Düşmən zəifləyib, qələbə yaxındır” – FOTO  

Polkovnik: “Düşmən zəifləyib, qələbə yaxındır” – FOTO  

Hazırda oxunan: Polkovnik: “Düşmən zəifləyib, qələbə yaxındır” – FOTO  

155986

Azərbaycan ordusunun öz ərazilərində başlatdığı antiterror tədbirləri davam edir. Terrorçuluqla məşğul olan qanunsuz silahlı dəstələrin törətdiyi sonuncu diversiya fəaliyyəti necə deyərlər, səbr kasasına daşıran sonuncu damla oldu. Artilleriya vasitələrinin sərrast atəşi ilə öncə düşmənin dərinliklərində, xüsusilə yaşayış məntəqələrinə yaxın yerdə döyüş vəziyyətinə gətirilmiş ağır texnikaları, həmçinin ehtiyat qüvvələri məhv edilib.  

Bizim.Media-nın əməkdaşı ilə Azərbaycan ordusunun keçirdiyi lokal antiterror əməliyyatını müşahidə edən ordumuzun ehtiyatda olan polkovnik-leytenantı Kamil Dunuyev bildirir ki, artilleriya bölmələrinin həyata keçirdiyi nöqtə atışları ordunun yüksək peşəkarlığından xəbər verir:  

"Davam edən əməliyyatın gedişi bütün hallarda uğurla yekunlaşacaq. Müşahidələrimiz isə bizə ürəkaçan işarələr verir.

Gördüyünüz kimi, düşmənin hərbi infrastrukturu yaşayış məntəqələrinə yaxın yerlərdə yerləşdirməsinə baxmayaraq peşəkar ordumuz bilavasitə hərbi hədəfləri məhv edir. Bu da terrorçuların, ərazidə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin maksimum zəiflədilməsindən xəbər verir", - deyə bildirir. 

Qazi, ehtiyatda polkovnik-leytenant onu da əlavə edir ki, düşmən Azərbaycan Ordusunun qarşısında uzun müddət tab gətirə bilməyəcək:  

"Hesab edirəm ki, Qarabağ İqtisadi Zonasında yerləşən terrorçu qruplar qalib ordumuzun uğurlu antiterror tədbirlərinin qarşısında tez bir zamanda məğlub olacaq. Zəfər bizimlədir, Qarabağ Azərbaycandır".  
Xatırladaq ki, hazırda əməliyyatlar davam edir.  


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO