Ölkəmizdə səfərdə olan Türkiyənin ədliyyə nazirinin müavini Həsən Yılmaz ilə sentyabrın 18-də ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.
Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin bu il 100 illiyini geniş qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi ilə uğurla inkişaf etdiyini bildirən nazir Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən əlaqələrimizin Şuşa Bəyannaməsi imzalanmaqla müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb, xalqlarımızın daim bir-birinin yanında olduğunu qeyd edib.
Qədim köklərə malik xalqlarımız arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyən H.Yılmaz bildirib ki, Türkiyə və Azərbaycan dövlət başçılarının şəxsi qardaşlıq münasibətləri əməkdaşlığımızın inkişafına güclü təkan verir.
Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu deyən nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Zəfər münasibətilə təbrikini ifadə edib, Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərindən heyran qaldığını bildirib.
Görüşdə müttəfiqlik münasibətlərində hüquqi əlaqələrin xüsusi yer tutduğu, Ulu Öndərin Türkiyəyə tarixi səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış Protokolun qarşılıqlı fəaliyyətin genişlənməsinə təkan verdiyi, müntəzəm qarşılıqlı səfərlərin bu məqsədə xidmət etdiyi vurğulanıb.
Məhkəmə-hüquq və ədliyyə, o cümlədən penitensiar sistemdə müasir çağırışlara uyğun aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə fikir mübadiləsi aparılaraq bu sahədə birgə tədbirlərin və təcrübə mübadiləsinin faydası qeyd edilib, əlaqələrin genişləndirilməsinə maraq göstərilib.
Qonaq Azərbaycanda özünü doğma Vətənindəki kimi hiss etdiyini bildirərək yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, hazırkı səfərin hüquqi sahədə əlaqələrimizin inkişafına xidmət etdiyini vurğulayıb.
Həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrə toxunularaq bu sahədə birgə tədbirlərin, eləcə də Ədliyyə Akademiyalarının təlim şəbəkəsinin yaradılmasının əməkdaşlığımızın genişləndirilməsinə əlavə təkan verdiyi bildirilib, nazir F.Məmmədov türk həmkarı Yılmaz Tunça salamlarını çatdırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
04:52 / 19.09.2023
Azərbaycan-Türkiyə hüquqi əlaqələri genişlənir
Hazırda oxunan: Azərbaycan-Türkiyə hüquqi əlaqələri genişlənir
Hazırda oxunan: Azərbaycan-Türkiyə hüquqi əlaqələri genişlənir
155856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.