İranın Baş prokuroru Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə ISNA İranın Azərbaycandakı səfirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, İranın Baş prokuroru Məhəmməd Mohadi Azad İƏT-ə üzv ölkələrin baş prokurorlarının dördüncü iclasında iştirak etmək üçün Azərbaycana səfər edib. Bu, İran Baş prokurorunun vəzifəyə təyin olunduqdan sonra ilk xarici səfəridir.
Səfər çərçivəsində Mohadi İƏT-ə üzv ölkələrin baş prokurorlarının dördüncü iclasında iştirak edəcək.
Qeyd edilib ki, Mohadi Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə, eyni zamanda, Rusiya və Türkiyədən olan həmkarları ilə də görüşüb müzakirələr aparacaq.
Bizim.Media
![İranın Baş prokuroru Azərbaycana gəldi İranın Baş prokuroru Azərbaycana gəldi](https://bizim.media/file/articles/2023/09/14/1694677811_photo_5195201370934857439_y.jpg)
- A-
- A
- A+
Siyasət
11:46 / 14.09.2023
İranın Baş prokuroru Azərbaycana gəldi
Hazırda oxunan: İranın Baş prokuroru Azərbaycana gəldi
Hazırda oxunan: İranın Baş prokuroru Azərbaycana gəldi
155131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.