Ceyhun Bayramov Azərbaycanın sülh təşəbbüsləri barədə xarici jurnalistlərə məlumat verdi

Ceyhun Bayramov Azərbaycanın sülh təşəbbüsləri barədə xarici jurnalistlərə məlumat verdi

Hazırda oxunan: Ceyhun Bayramov Azərbaycanın sülh təşəbbüsləri barədə xarici jurnalistlərə məlumat verdi

155004

Azərbaycanın regional, beynəlxalq sülh və inkişaf təşəbbüsləri haqqında xarici jurnalistlərə məlumat verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X"-də paylaşım edib.

O, İsveçrəyə səfəri zamanı BMT-də akkreditə olunmuş jurnalistlərin assosiasiyası üçün brifinq verməkdən məmnun olduğunu söyləyib. Həmçinin, regiondakı reallıqları düzgün və peşəkar şəkildə anlamaq və çatdırmaq üçün medianın məsuliyyətini vurğulayıb.
"İsveçrəyə səfərim zamanı BMT-də akkreditə olunmuş jurnalistlərin assosiasiyası üçün brifinq verməkdən məmnun oldum. Brifinqdə Azərbaycanın regional, beynəlxalq sülh və inkişaf təşəbbüsləri haqqında məlumat verilib. Regiondakı reallıqları düzgün və peşəkar şəkildə anlamaq və çatdırmaq üçün medianın məsuliyyəti vurğulanıb", - paylaşımda qeyd edilib.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO