“Azərbaycan təmiz diplomatik qələbə qazandı” - Rusiyalı tarixçi

“Azərbaycan təmiz diplomatik qələbə qazandı” - Rusiyalı tarixçi

Hazırda oxunan: “Azərbaycan təmiz diplomatik qələbə qazandı” - Rusiyalı tarixçi

154840

Rusiyalı tarixçi Dmitri Çernışevski Cənubi Qafqazda yeni müharibənin başlaması ehtimalını dəyərləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, haqqin.az-a müsahibəsində danışıb.

Dmitri Çernışevskinin sözlərinə görə, hazırda gərginlik dərəcəsi azalıb, ilk növbədə İran geri çəkilib:

"Pakistan hərbi münaqişə olacağı təqdirdə Bakının tərəfində olacağını bildirib, Azərbaycan-Türkiyə koalisiyasına qoşulub. Moskva və Tehranın ondan üz döndərdiyini görən İrəvan anlayıb ki, “atları tez sürməyə dəyməz, əks halda döyüşə doğru gedə bilərsən". Paşinyan isə başa düşüb ki, Ermənistan müstəqil dövlət kimi mövcudluğunu itirə bilər.

Bu vəziyyətdə Azərbaycan yeganə ölkədir ki, məsələnin hərbi yolla həllində maraqlı deyil. Ancaq rəsmi Bakı onsuz da bu məsələni həll edəcək. İndi yox, sonra. İlham Əliyev gözləməyi bacarır".

Tarixçi hesab edir ki, Putin Rusiyasının gücü yoxdur, çünki Ukraynada bataqlığa düşüb, ona görə də Ermənistan strategiyasını dəyişir:

"Azərbaycan təmiz diplomatik qələbə qazandı. Çox güman ki, indi müharibə olmayacaq, lakin bu, o demək deyil ki, ümumiyyətlə müharibə olmayacaq".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO