“Sabah böyük ehtimalla Paşinyanla danışığım olacaq. Bizim regionu (Qarabağı) sakitliyə dəvət etməkdən başqa çarəmiz yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri G20-nin sammiti çərçivəsində mətbuata açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Qarabağa görə İlham Əliyevə zəng etdi
Ermənistanın indi Qarabağda atdığı addımların (Saxta “prezident seçkiləri”ni nəzərdə tutur - red.) doğru olmadığını vurğulayan Ərdoğan qeyd edib ki, bunu əslində, Avropa İttifaqına üzv ölkələr də qəbul etmir.
Bizim.Media