Antiterror əməliyyatının anonsu verildi – “Yaxın günlərdə…”

Antiterror əməliyyatının anonsu verildi – “Yaxın günlərdə…”

Hazırda oxunan: Antiterror əməliyyatının anonsu verildi – “Yaxın günlərdə…”

154268

Sosial şəbəkələrdə Fransa Ermənistan-Azərbaycan sərhədində eskalasiya ilə bağlı xəbərdarlıq videosu paylaşıb. Videoxəbərdə Fransa Xarici Siyasət Departamenti bütün sərhəd boyu əraziləri "təhlükəli zona” olaraq qeyd edib. Diqqətçəkən əsas məqam bu xəritənin Fransanın Ermənistandakı səfiri Olivye Dekotinin dünən müdafiə naziri Suren Papikyanla görüşündən sonra dərc edilməsidir.

İlk baxışdan belə görünür ki, eskalasiya riski haqda məlumatı Papikyan səfirə verib, o da ölkəsini məlumatlandırıb.

Qəribədir ki, fransızlar bu məlumatla yenə də anti-Azərbaycan mövqelərini açıq şəkildə ortaya qoyublar. Guya Azərbaycan hücuma hazırlaşır. Ermənistansa bu hücumun qarşısını almaq üçün zəruri tədbirlər görür.

Əslində belə bir informasiyanın yayılması beynəlxalq ictimai rəyi manipulyasiya etməyə hesablanıb. Ən əsası bu rəsmi Bakıya qarşı təzyiqə nail olmaq istiqamətində Ermənistan və Fransanın birgə fəaliyyət proqramıdır.

Bu xəritə həm də Ermənistanın təxribat planının Fransa tərəfindən hazırlandığını təsdiq edən sənəd kimi də qəbul edilə bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki,  ermənilərin sərhədlərimizə qoşun yeritməsi barədə əvvəllər də danışmışıq:

“Artıq neçə vaxtdır ki, ermənilər bizim  hərbi qüvvələrin qarşısında səngərlər qazaraq Azərbaycan əsgərinə daha da yaxınlaşmaq cəhdləri edirlər. Bununla paralel həm Kəlbəcərdə, həm də rus sülhməramlılarının məsuliyyət zonasında intensiv şəkildə hərbi təxribatlar törədirlər. Bu da onu göstərir ki, ermənilər xarici havadarlarının dəstəyi ilə revanş götürmək istəyir”.

Ədalət Verdiyev onu da qeyd etdi ki, fransızların yaydığı xəritə də bizim əvvəllər dediyimiz ehtimalları doğruluyur:

“Ermənilər dayanmayacaq. Onlar həm Ermənistan-Azərbaycan şərti sərhəddində, həm də rus sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdə ciddi hazırlıq tədbirləri görürlər. Belə məqamda Azərbaycanın yaxın günlərdə ən azından öz ərazisində antiterror əməliyyatı keçirmək zərurətini ortaya qoyur.  Çünki, birgə bəyanatda nəzərdə tutulmayan heç bir silahlı birləşmə Azərbaycan ərazisində qala bilməz”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO