Prezident:

Prezident: "Misli görünməmiş ölçüdə daşqınlar, zəlzələlər, yanğınlar adi hala çevrilib”

Hazırda oxunan: Prezident: "Misli görünməmiş ölçüdə daşqınlar, zəlzələlər, yanğınlar adi hala çevrilib”

154101

Bakıda Türk Dövlətləri Təşkilatının fövqəladə hallar nazirlərinin iclasının işə başlaması çox önəmli hadisədir. Əminəm ki, iclas çox yaxşı keçəcək, nəticələr də çox uğurlu olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşdə deyib.

İki aydan sonra türk dövlətlərinin başçıları səviyyəsində Zirvə görüşünün keçiriləcəyini vurğulayan Azərbaycan Prezidenti bildirib:

“İndi Zirvə görüşünə böyük hazırlıq işləri gedir, o cümlədən fövqəladə halların idarə edilməsi istiqamətində də işlər gedir.

Bildiyimə görə, iclasda, o cümlədən qarşılıqlı yardım haqqında sazişin hazırlanması da nəzərdə tutulmuşdur. Buna böyük ehtiyac var. Çünki hamımız yaxşı bilirik ki, son vaxtlar bölgəmizdə və bütövlükdə dünyada fövqəladə halların sayı kəskin artıb.
Bunun bir çox səbəbləri var. Ancaq fakt odur ki, bu gün misli görünməmiş ölçüdə daşqınlar, zəlzələlər, yanğınlar adi hala çevrilib”.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO