Novruz Aslan: “Əgər çətinlik və böhran varsa, ərzaq yardımını qəbul etmirlərsə, çoxlu sual yaranır”

Novruz Aslan: “Əgər çətinlik və böhran varsa, ərzaq yardımını qəbul etmirlərsə, çoxlu sual yaranır”

Hazırda oxunan: Novruz Aslan: “Əgər çətinlik və böhran varsa, ərzaq yardımını qəbul etmirlərsə, çoxlu sual yaranır”

152978

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ehtiyac olarsa, Qarabağda yaşayan erməni əsilli sakinlər üçün əlavə humanitar yük göndərməyə hazırdır”. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AzQAC-ın prezidenti Novruz Aslan deyib. 

AzQAC-ın öz missiyasını və xoş niyyətini həyata keçirmək üçün humanitar yük göndərdiyini söyləyən N.Aslan bildirib ki, əgər çətinlik və böhran varsa, ərzaq yardımını qəbul etmirlərsə, çoxlu sual yaranır:

“Birinci sual yaranır ki, əgər ehtiyac varsa, humanitar yük nə üçün qəbul edilmir? İkinci sual, əgər biz insanıqsa, dəyərlərimiz varsa və Yaradanımız birdirsə, bu ədavət nə vaxta qədər davam edə bilər? Biz bunları nəzərə almalıyıq. Biz ortaya xoş məram qoyuruq. Azərbaycan Qızıl Aypara Cəmiyyəti olaraq missiyamız çərçivəsində ölkənin hər yerində, o cümlədən Qarabağ iqtisadi zonasında, Xankəndidə həssas təbəqəyə yaxın olmağa hazırıq”. 

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO