PAKİSTAN SƏFİRİ: “Ermənistanın terror hərəkətləri Pakistan dövlətini hiddətləndirib”

PAKİSTAN SƏFİRİ: “Ermənistanın terror hərəkətləri Pakistan dövlətini hiddətləndirib”

Hazırda oxunan: PAKİSTAN SƏFİRİ: “Ermənistanın terror hərəkətləri Pakistan dövlətini hiddətləndirib”

1528

Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətlərə şahid olmaq üçün Bakıda akredatsiyadan keçən beynəlxalq media və diplomatik korpus nümayəndələri Bərdə və Tərtərdə olublar.

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Bərdədə gördüklərindən dəhşətə gəldiyini bildirib. Bizim.Media-ya açıqlamasında deyib ki, Ermənistanın terror hərəkətləri və miqyası Pakistan dövlətinin hiddətinə səbəb olub:

“Mən bu hadisələrdən kədərlənirəm, Ermənistanın dinc əhaliyə qarşı törətdiyi cinayətlər cavabsız qalmamalıdır”. 

Bilal Haye onu da bildirib ki, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan belə amansızlıqla istifadə etmək müharibə cinayətidir: 

“Onlar dinc sakinlərdir. Müharibənin baş verdiyi ərazidən kənarda yaşayırlar. Terror hadisəsindən sonrakı mənzərə məni çox üzdü. Gəncə və Bərdədə  erməni terrorunda dünyasını dəyişənlərə rəhmət, yaralılara isə şəfa diləyirəm. Mənimlə yanaşı burada Çexiya, Ukrayna, Bolqarıstan, Cənubi Koreya, Özbəkistan, Meksika və digər ölkələrin səfirləri və nümayəndələri iştirak edir. Biz öz gördüklərimizi təcili şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO