İlham Əliyev ermənilərin Laçında törətdikləri hərbi cinayətlərdən DANIŞDI - VİDEO

İlham Əliyev ermənilərin Laçında törətdikləri hərbi cinayətlərdən DANIŞDI - VİDEO

Hazırda oxunan: İlham Əliyev ermənilərin Laçında törətdikləri hərbi cinayətlərdən DANIŞDI - VİDEO

152442

“İndi biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabrında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Laçın Şəhəri Günü” ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı deyib. 

Ermənistan dövlətinin hərbi cinayət törədərək vaxtilə Laçında qanunsuz məskunlaşma apardığını xatırladan dövlət başçısı bildirib: 

“Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdilər. Bir daha demək istəyirəm ki, bu hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi”. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO