“Bir az sonra bizə tərcüməçi lazım olmayacaq və ya burada iki dildə danışmağa ehtiyac qalmayacaq. Düşünürəm ki, biz eyni köklərə malikik və bir-birimizlə ortaq dildə danışacağıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.
“Səmimiyyətlə demək istəyirəm ki, Azərbaycan dilində danışanda mən sizi çox gözəl başa düşürəm. Mən Zirvə toplantılarında özbək dilində çıxış edəndə İlham Heydər oğlu da mənə deyir: “Mən Sizi tam başa düşürəm”. Bu, çox şey deməkdir, biz bunu bilməli, qiymətləndirməli, sevməli və təbliğ etməliyik”, – deyə o bildirib.
Bizim.Media