Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi KEÇİRİLDİ

Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi KEÇİRİLDİ

Hazırda oxunan: Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi KEÇİRİLDİ

151900

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də rəsmi qarşılanma mərasimi olub. 

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Özbəkistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəldi - FOTO


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı qarşılayıblar. 

Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verib. 

Prezident Şavkat Mirziyoyev Azərbaycan əsgərlərini salamlayıb. 

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. 

Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. 

Azərbaycan nümayəndə heyəti Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və xanımı Ziroatxon Mirziyoyevaya, Özbəkistan nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunub. 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçib. 

Dövlət başçıları və xanımları birgə foto çəkdiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO