"Təəssüflər olsun ki, son zamanlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında qərəzli kampaniyanın aparılmasının şahidi oluruq”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaydığı bəyanatda yer alıb.
Mənbə qeyd edir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Federasiyanın Konstitusiyasına və mandatına uyğun olaraq, əməkdaşlarının və könüllülərinin köməyi ilə Ağdam-Xankəndi yolu ilə zəruri ərzaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz olunmuş istənilən humanitar yükün erməni sakinlərə çatdırılmasına dəstək verməyə hazırdır.
Sənəddə bildirilib ki, bu humanitar missiyanı həyata keçirmək həm milli qanunvericiliyin, həm də Cenevrə konvensiyaları və ona edilmiş əlavələrin, həmçinin, 1997-ci ildə qəbul edilmiş Seviliya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyin tələblərinə tam uyğundur:
“Həmin dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rol milli cəmiyyətlərə verilir. Bu humanitar missiyanın həyata keçirilməsi üçün, milli cəmiyyət olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər olunub”.
Bu Bəyanat Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının 21 avqust 2023-cü il tarixli geniş iclasında qəbul olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:36 / 22.08.2023
“Ağdam-Xankəndi yolu ilə humanitar yükün ermənilərə çatdırılmasına dəstək verməyə hazırıq” - BƏYANAT
Hazırda oxunan: “Ağdam-Xankəndi yolu ilə humanitar yükün ermənilərə çatdırılmasına dəstək verməyə hazırıq” - BƏYANAT
Hazırda oxunan: “Ağdam-Xankəndi yolu ilə humanitar yükün ermənilərə çatdırılmasına dəstək verməyə hazırıq” - BƏYANAT
151893
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.