“Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də (tvitter) yazıb.
H.Hacıyev qeyd edib ki, "France24" agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində Agence France-Presse (AFP) 2020-ci ildə çəkilən və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, "France24" həmin şəkli “erməniləşdirib”.
“Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır”, - Hikmət Hacıyev vurğulayıb.
Propagande anti?? en ?? se poursuit. France24 a publié un article. Photo de la douleur du peuple ??prise par AFP en 2020 est "arménisée". Forme hideuse de propagande. C'est loin de l'objectivité et de l'éthique journalistique. pic.twitter.com/xWiwFFMsAH
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 19, 2023
Bizim.Media