\

\"BMT-nin Laçın yolu ilə bağlı qərarı Azərbaycanın diplomatik uğurudur\" - Elmar Məmmədyarov

Hazırda oxunan: \"BMT-nin Laçın yolu ilə bağlı qərarı Azərbaycanın diplomatik uğurudur\" - Elmar Məmmədyarov

151256

“BMT TŞ-dakı müzakirələrin nəticəsiz qalması gözlənilən idi. Çünki, TŞ-nin daimi üzvlərinin Azərbaycana və Ermənistana münasibətləri fərqlidir. Ona görə də Ermənistanın son cəhdinin uğursuzluğa düçar olacağı qaçılmaz idi. Axı, Rusiyanın, ABŞ-ın, hətta Çinin bu məsələyə münasibəti fərqlidir.

Fərqli münasibətlərin olduğu yerdə isə konsensus, yekdil fikir ola bilməz. Ermənilər bu faktoru nəzərdən qaçırmışdılar. Əslində ermənilər nəticənin necə olacağını çox yaxşı bilirdilər. Sadəcə daxili auditoriya üçün bu varianta əl atmışdılar”. 

Bunu Bizim.Media-ya açıqlamasında sabiq Xarici İşlər nazir Elmar Məmmədyarov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın diplomatik meydanda növbəti uğuru: Azərbaycan-Ermənistan: 2-0


O Təhlükəsizlik Şurasının müzakirəsinə hər xırda məsələnin çıxardılmasını yersiz hesab edir:

“Çünki, BMT uşaq bağçası deyil. Təsadüfi deyil ki, dünənki müzakirələrdə biz şahid olduq ki, bəzi üzv dövlətlər Ermənistanın təklifini yersiz hesab etdi. Nəticəyə baxsaq bu bizim üçün tam qaneedicidir. Ermənistan məsələ qaldırdı, lakin qaldırdıqları məsələ heç bir dəstək qazanmadı. Bu da bütün hallarda Azərbaycan diplomatiyasının uğurudur”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO