Ermənistanın BMT-də şantaj kampaniyası uğursuzluğa düçar oldu

Ermənistanın BMT-də şantaj kampaniyası uğursuzluğa düçar oldu

Hazırda oxunan: Ermənistanın BMT-də şantaj kampaniyası uğursuzluğa düçar oldu

151172

Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələrə dair bəyanatında bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

XİN-dən BMT-dəki müzakirələrə dair BƏYANAT: "Azərbaycan tərəflərlə qarşılıqlı fəaliyyətə sadiqdir"


Bəyanatda, həmçinin qeyd olunub ki, Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüququn normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini anlayacağına ümid edir.

BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO