Türkiyə XİN-in bəyanatı BMT-nin 5 daimi üzvünə XƏBƏRDARLIQDIR

Türkiyə XİN-in bəyanatı BMT-nin 5 daimi üzvünə XƏBƏRDARLIQDIR

Hazırda oxunan: Türkiyə XİN-in bəyanatı BMT-nin 5 daimi üzvünə XƏBƏRDARLIQDIR

150933

Xəbər verdiyimiz kimi, Türkiyə Xarici İşlər Nazirliyi Laçın yolu ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda qeyd edilir ki, Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır:

"Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi. Türkiyə bu fikirdədir ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur. Hazırda Laçın yolundan tibbi keçidlərin təmin edilməsi, eləcə də geniş material daşınması üçün əlverişli olan digər marşrutlar Azərbaycan tərəfinin vicdanla maksimum səy göstərdiyini sübut edir. 

Bizim Ermənistandan gözləntimiz təxribat xarakterli addımlardan çəkinmək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq, Qarabağda erməni əhalisinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi və digər alternativ yollardan istifadəni dəstəkləmək, eləcə də erməni əhalisinin Azərbaycana reinteqrasiya prosesinə dəstək verməsidir”. 

Bizim.Media-ya açıqlama verən politoloq Natiq Mirinin fikrincə, Türkiyə XİN-in Laçın yolu ilə bağlı verdiyi bəyanat BMT-də məsələ ilə bağlı çıxacaq qərarlara ciddi təsir edəcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın daimi nümayəndəsi BMT TŞ-nin iclasında iştirak edəcək


Türkiyə Azərbaycanın Laçın yolunda atdığı addımlarını dəstəklədiyini, onun yanında olduğunu bütün dünyaya bəyan edir:

Ekspertin  fikrincə “Türkiyə XİN-in verdiyi bu bəyanat Ermənistanın növbəti dəfə başladığı anti-Azərbaycan prosesilə bağlıdır. İrəvan BMT TŞ-yə yalançı humanitar fəlakətlə bağlı Laçın yolunun açılması üçün müraciət edib. Hansı ki, ona da sabah baxılacaq. Ona görə də belə bir mötəbər qurumda hər hansı bir anti-Azərbaycan qərarının çıxmasının qarşısını almaq üçün Türkiyə qabaqlayıcı bəyanat yayır. Bu mənada həmin bəyanat strateji nöqteyi-nəzərdən əhəmiyyətli və zamanında verilən bəyanatdır. Çünki verilən bu bəyanat Azərbaycanın Laçın yolunda gördüyü işlərin və verdiyi qərarların beynəlxalq hüquqa uyğun və legitim olduğunu ortaya qoymaqla təsdiq edir”. 

Həmin bəyanat həmsöhbətimizə görə, BMT-nin 5 daimi üzvünə yönəlik xəbərdarlıqdır:

“Ankara bununla onları xəbərdar edir ki, hansısa xristian və geosiyasi maraqlar kontekstində uzlaşma olarsa və onun nəticəsində anti-Azərbaycan qərarı çıxarsa, onun nə Türkiyə və də Azərbaycan üçün keçərliliyi olmayacaq. Həmçinin, belə bir qərar sülhün pozulmasına xidmət edəcək. Bununla Ankara bəyan edir ki, anti-Azərbaycan prosesi olacaqsa, qarşılarında Türkiyəni görəcəklər. Bu mənada bəyanat qlobal güclər üçün “dur” nöqtəsidir. 

Paralel olaraq Türkiyənin media qurumlarının Laçın keçid məntəqəsində prosesi izləməsi də bir-birini tamamlayan məsələlərdir. Bir-birini tamamlayan bu məsələlər zamanında atılmış qabaqlayıcı addımlardır”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO