“İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Twitter” (hazırki "X") hesabında qeyd edib yazıb.
“Öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir. İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik”, - XİN rəsmisi qeyd edib.
It is strange to see a country to fight separatism in its territory while supporting separatism in other countries. Promotion by Spain of an illegal separatist regime created by ?? in sovereign territory of ?? is unacceptable.
— Aykhan Hajizada (@Aykhanh) August 14, 2023
We strongly condemn this non-constructive approach. //t.co/snBhUL0tUZ
Bizim.Media