Azərbaycanın bu il iyulun 1-nə 4 970,3 milyon manat təşkil etmiş daxili dövlət borcunu əsasən daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə ödənilməmiş qalıq vəsait təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, hesabat tarixinə daxili dövlət borcunun 27,5 %-i 1 illik, 52,1 %-i 2 və 3 illik, 20,4 %-i isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşüb.
Bu ilin I yarısında daxili dövlət borcu 782,1 milyon manat artıb.
Buna əsas səbəb dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq xarici borcun tədricən əvəzlənərək daxili dövlət borcalmasının həcminin artırılması məqsədilə cari ilin ötən dövrü ərzində xarici dövlət borc üzrə vaxtı çatan əsas borc ödənişlərinin daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları hesabına təkrar maliyyələşdirilməsi, habelə dövlət büdcəsinin xərclərinin bir hissəsinin daxili borclanma hesabına maliyyələşdirilməsi olub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:19 / 14.08.2023
Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI
150797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.