"Nə fərqi var ki, ərzaq Xankəndinə Laçından, Ağdamdan və ya Füzulidən gələcək?" - Elçin Əmirbəyov 

Hazırda oxunan: "Nə fərqi var ki, ərzaq Xankəndinə Laçından, Ağdamdan və ya Füzulidən gələcək?" - Elçin Əmirbəyov 

150009

"Əgər həqiqətən acından ölürsənsə, şərt qoymamalısan".

Bizim.Media xəbər verir ki, bu fikirləri Fransanın “Le Monde” qəzetinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov səsləndirib.

Jurnalistin "Laçın yolunun bağlanması səbəbindən hər gün 120 minə yaxın Qarabağ sakini (etnik ermənilər nəzərdə tutulur) humanitar şəraitlə üzləşir" sualını cavablandıran Elçin Əmirbəyov xatırladıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, Laçın yolundan müstəsna olaraq humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulurdu:
"Təəssüf ki, son iki il yarım ərzində bu yol Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilən Ermənistan Silahlı Qüvvələrinin rotasiyasında qeyri-qanuni istifadə olunub.

Bu yoldan Qarabağa silah-sursatın çatdırılması və Qarabağdan Ermənistana qeyri-qanuni faydalı qazıntıların ixracı üçün istifadə olunub.

Yeri gəlmişkən, 120 min nəfərin sayı çox şişirdilib. Bizdə olan məlumata görə, Qarabağ bölgəsində 50 minə yaxın erməni yaşayır ki, bunun da 10 mini Ermənistan Silahlı Qüvvələridir.

Ona görə də biz bu il aprelin 23-də Ermənistanla sərhəddə keçid məntəqəsi yaratmağa məcbur olduq.

Bu post beynəlxalq hüquq normalarına tam uyğun yaradılıb, lakin iyunun 15-də Ermənistan tərəfi təxribata əl ataraq, Ermənistan ərazisindən açılan atəşlə sərhədçimizə ağır xəsarət yetirib. Məhz o zaman Laçın yolunda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Yol hələ də tibbi evakuasiya üçün açıqdır.

Azərbaycan isə Ağdam və Füzuli yollarından istifadə etməklə Qarabağın erməni əhalisinin əsas humanitar ehtiyaclarını ödəmək üçün ərzaq daşınmasını təklif edir. Amma Qarabağ erməniləri bundan qəti şəkildə imtina edirllər. Bunu izah etmək isə çətindir.
Deməli, manipulyasiya və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi var. Acsansa, şərt qoymamalısan. Nə fərqi var ki, ərzaq hansı yolla gələcək - Laçından, Ağdamdan yoxsa Füzulidən? Əsas odur ki, lazımi məhsulları əldə edirsən.

Belə çıxır ki, Azərbaycana kənardan təzyiq göstərmək üçün məsələ süni şəkildə siyasiləşdirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO