Yuli Qusman “Şərəf” ordeni ilə təltif edildi

Yuli Qusman “Şərəf” ordeni ilə təltif edildi

Hazırda oxunan: Yuli Qusman “Şərəf” ordeni ilə təltif edildi

149825

Yuli Solomonoviç Qusman “Şərəf” ordeni ilə təltif edilib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Y.Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə bu ordenlə təltif edilib.

Qeyd edək ki, Yuli Qusman Sovet və Rusiya teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai və siyasi xadimdir. O,  Rusiya Kinematoqrafiya Akademiyasının ilk milli mükafatı "Nika" mükafatının təsisçisi və bədii rəhbəri, KVN münsiflər heyətinin daimi üzvü, Rusiya Yəhudi Konqresi Rəyasət Heyətinin üzvü, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikasının Xalq artistidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO