Rəsmi Bakı Ermənistanı təzminat ödəməyə ÇAĞIRDI 

Rəsmi Bakı Ermənistanı təzminat ödəməyə ÇAĞIRDI 

Hazırda oxunan: Rəsmi Bakı Ermənistanı təzminat ödəməyə ÇAĞIRDI 

149395

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə və sülh danışıqlarında vicdanlı şəkildə iştirak etməyə çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev Təşkilatın Təhlükəsizlik Şurasında “Aclıq və münaqişələrin səbəb olduğu ərzaq problemi” mövzusunda açıq debatda çıxışında bildirib. 

“Ermənistan öz beynəlxalq öhdəliklərinə əməl etməli, silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalı, ərazi iddialarına, qanunsuz fəaliyyətlərə və dezinformasiyalara son qoymalı, mina terrorunu dayandırmalı, münaqişə zamanı itkin düşmüş 4 000-ə yaxın azərbaycanlının taleyinə işıq salmalı, Azərbaycana, o cümlədən onun ərzaq təhlükəsizliyi sistemlərinə dəymiş zərəri ödəməli və iki dövlət arasında sülh müqaviləsi və sərhədin delimitasiyası üzrə danışıqlarda vicdanlı şəkildə iştirak etməlidir.
Azərbaycan öz xalqını, suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmində qətidir və dinc, təhlükəsiz, sabit və çiçəklənən region məqsədlərinə tam sadiqdir”, - o vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO