Prezident: “Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər”

Prezident: “Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər”

Hazırda oxunan: Prezident: “Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər”

149057

“Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində Şarl Mişelin iştirakı ilə Ermənistanla danışıqlara dair suala cavabında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev "Euronews" telekanalına MÜSAHİBƏ VERİB - VİDEO


Dövlət başçısı bildirib ki, bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü idi:

“O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir.

Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük.

Sonuncu dəfə bu görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO