Prezident İlham Əliyev: “Bizi heç nə durdura bilməz”

Prezident İlham Əliyev: “Bizi heç nə durdura bilməz”

Hazırda oxunan: Prezident İlham Əliyev: “Bizi heç nə durdura bilməz”

1485

“Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açılmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər”.

Bizim.Media Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İran Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi ilə görüşdə səsləndirib.

Dövlət başçısı bildirib ki, dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur.

“Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək”.

Prezident əlavə edib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar yerlə-yeksan edilib.

“Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq.

Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO