Azərbaycan XİN: “Qarabağ erməniləri ilə ilkin təmaslar öz müsbət töhfəsini verib”

Azərbaycan XİN: “Qarabağ erməniləri ilə ilkin təmaslar öz müsbət töhfəsini verib”

Hazırda oxunan: Azərbaycan XİN: “Qarabağ erməniləri ilə ilkin təmaslar öz müsbət töhfəsini verib”

148468

"Azərbaycan hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq istiqamətində ardıcıl addımlar atılıb, yeni Laçın yolunun tikintisi, Laçın ərazisində kiçik SES-lərdən istifadə, Sərsəng su anbarının istifadə və idarəolunması istiqamətində bir sıra təmaslar və erməni sakinlərlə dialoq ilkin dövrlərdə öz müsbət töhfəsini verib". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətlə bağlı bəyanatında bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Bakıdan TƏLƏB: “Beynəlxalq təşkilatlar ikili standartlara son qoymalıdır”


Qeyd olunub ki, Ermənistan tərəfi isə bunun əksinə, “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” kimi əsassız təkliflə çıxış edərək, Azərbaycan və yerli erməni sakinlər arasında təmaslara maneçilik törədib və faktiki olaraq ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO