Rumıniya ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olundu

Rumıniya ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olundu

Hazırda oxunan: Rumıniya ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olundu

14841

Ötən dövrdə Azərbaycanla Rumıniya arasında əməkdaşlığın inkişafına xidmət edən 60-dan çox sənəd imzalanıb və iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan əlaqələr ildən-ilə genişlənir.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku ilə görüşündə bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Nazirlik anası ilə yaşayan qaziyə dəstək göstərdi - FOTO


Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfəri qeyd edən nazir beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistanın işğalından azad edildiyini vurğulayıb.

İşğalçı Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə artıq böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

S.Babayev beynəlxalq əlaqələrin, habelə Avropa İttifaqı ölkələri, o cümlədən Rumıniya ilə əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan və Ruminiya dövlət başçılarının qarşılıqlı səfərləri, imzaladıqları əməkdaşlıq sənədləri iki ölkə arasında əlaqələrin inkişafına şərait yaradıb.

Bu gün Avropanın vacib və etibarlı tərəfdaşı olan və ötən dövrdə enerji ixrac marşrutlarını şaxələndirən Azərbaycan Avropanın enerji təhlükəsizliyinə də öz töhfələrini verməkdədir.

Nazir ölkəmizdə nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm, mədəniyyət, elmi-texniki sahələrdə Rumıniya şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini qeyd edib.

D.İanku Rumıniyanın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də bu məqsəd üçün səylərini daim artırdığını diqqətə çatdırıb.

Bu gün iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu vurğulayıb.

 

Görüşdə Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin iki ölkə arasında əlaqələrin genişlənməsində əhəmiyyəti qeyd edilib.


Bu əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafına, həmçinin Müştərək Komissiyanın növbəti iclasının keçirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO