Moskva-Tehran gərginliyi BÖYÜYÜR – İran Rusiya qırıcılarını almaqdan niyə İMTİNA ETDİ?

Moskva-Tehran gərginliyi BÖYÜYÜR – İran Rusiya qırıcılarını almaqdan niyə İMTİNA ETDİ?

Hazırda oxunan: Moskva-Tehran gərginliyi BÖYÜYÜR – İran Rusiya qırıcılarını almaqdan niyə İMTİNA ETDİ?

148364

İran Rusiyanın “Suxoy-35” qırıcılarını almaqdan imtina edib. Almaniyanın “Flog Review” jurnalının yazdığına görə, Moskva İrana qırıcıların ehtiyat hissələrinin istehsalı texnologiyasını öyrətməkdən və növbəti 30 il ərzində ölkədə təyyarələrə texniki xidmət göstərməyi dayandırdığı üçün Tehran da öz növbəsində Rusiyanın “Suxoy-35” döyüş təyyarələrini almaqdan imtina edib. 

Adıçəkilən aviasiya jurnalı məlumatlı mənbələrə istinadən yazıb:

“İran bu günlərdə Rusiyadan ilk “Suxoy-35” qırıcı təyyarəsini almalı idi, lakin bu müqavilə tamamilə ləğv edildi, çünki İran tərəfi Rusiyanın təklifindən narazıdır”.
 

MÖVZU İLƏ BAĞLI:

İranın regiondakı LİDERLİK AMBİSİYALARI


Qeyd edək ki, bundan əvvəl, Tehran Rusiyanın Fars körfəzindəki mübahisəli 3 ada (Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları) ilə bağlı açıqlamasına etiraz edərək, bu ölkənin səfirinə etiraz notası təqdim edib. Belə ki, Rusiya və Fars Körfəzi Əməkdaşlıq Şurası arasında strateji danışıqların 6-cı mərhələsinin yekun bəyanatında Moskva sözügedən 3 ada ilə bağlı problemin beynəlxalq müstəvidə həllini vacib sayıb. 

Bu isə Tehranın narazılığına səbəb olub. İndi isə İran Rusiyadan “Suxoy-35” qırıcı təyyarələrini almaqdan imtina edir. Bu vəziyyət İranla Rusiya arasında gərginliyin artmasından xəbər verir. Artıq qısa zaman kəsiyində iki məsələ ilə bağlı olaraq tərəflər bir-birinə xoş gəlməyən addımlar atırlar. 

Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirir ki, mövcud gərginliyi aradan qaldırmaq üçün Moskva İrana nəsə təklif etməlidir.

Amma indiki halda Rusiyanın buna imkanları yoxdur: 

“Burada bir çox amil ola bilər. Ola bilsin Ukraynadakı müharibədə iştirak Rusiya qırıcı təyyarələrinin effektiv olmadığını üzə çıxarıb. Ona görə də İran nəticə çıxararaq “Suxoy-35”lərdən imtina edib. Digər tərəfdən, qırıcılardan imtinaya son zamanlar iki tərəf arasında yaşanan gərginlik də təsir göstərə bilər. İran tərəfinin yüksək ranqlı siyasətçiləri Rusiyanın 3 ada ilə bağlı addımları fonunda bu ölkəyə qarşı kəskin tənqidi fikirlər söylədi. Bu da ondan xəbər verir ki, Tehran Moskvanın tutduğu mövqedən narahatdır. 

Keçən ilin son aylarında Tehran bu tip gərginliyi Çinlə yaşamışdı. Çin lideri Səudiyyə Ərəbistanına səfər fonunda fars körfəzindəki ərəb ölkələrinin ərazi bütövlüyünü tanıdığını bildirmişdi.

Bu da Tehranda narazılıqla qarşılandı. Amma onun ardınca Çin diplomatiyasının səyi ilə İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin tənzimlənməsilə Tehranla Pekin arasındakı gərginlik yoxa çıxdı.

Bu mənada gərginliyi yox etmək üçün Rusiya da İrana nəsə təklif etməlidir. Amma indiki şəraitdə Rusiya siyasi dividendlər təklif edə bilmir. Çünki imkanları yoxdur, özü problem içindədir. Ona görə də bütün hallarda İranla Rusiya arasında yaşanan bu pis təəssürat qalacaq”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO