“Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasında hər cür kömək etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə danışıqları zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Rusiya XİN rəhbərləri GÖRÜŞDÜ - FOTO
Lavrov bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına hörmətlə yanaşılmasına və həyata keçirilməsinə tərəfdardır:
"Bizim səylərimiz Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə, humanitar problemlərin həllinə, iqtisadi nəqliyyat əlaqələrinin açılmasına, vətəndaş cəmiyyətləri, ekspertlər, politoloqlar və parlamentarilər vasitəsilə insanlar arasında əlaqələrin inkişafına yönəlib".
Bizim.Media