“Laçın” buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur - Ceyhun Bayramov

“Laçın” buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur - Ceyhun Bayramov

Hazırda oxunan: “Laçın” buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur - Ceyhun Bayramov

146736

“Laçın” sərhəd buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Yevdokimovla görüşü zamanı deyib.

Vurğulanıb ki, “Laçın” sərhəd buraxılış məntəqəsinin yaradılması qanunazidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıyır. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub.
Azərbaycan tərəfi isə yenə də erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb. Eyni zamanda, Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO