Ağ Evdən Ermənistana TƏZYİQ – Qərbi azərbaycanlıların qayıdışı sülh müqaviləsinə SALINACAQ?

Ağ Evdən Ermənistana TƏZYİQ – Qərbi azərbaycanlıların qayıdışı sülh müqaviləsinə SALINACAQ?

Hazırda oxunan: Ağ Evdən Ermənistana TƏZYİQ – Qərbi azərbaycanlıların qayıdışı sülh müqaviləsinə SALINACAQ?

146245

Aydın məsələdir ki, Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən sülh müqaviləsində bir çox məsələlər öz əksini tapacaq. Onlardan ən başlıcası sözsüz ki, Azərbaycanın ərazi bütövlüyünün tam olaraq təmin edilməsidir. 

Bununla yanaşı, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması da Azərbaycanla Ermənistan arasında həllini gözləyən məsələlərdəndir.

Məlumat üçün bildirək ki, təkcə 1988-ci ildə, deportasiyanın son mərhələsində 250 min soydaşımız Qərbi Azərbaycandakı yurd-yuvalarından didərgin salınıblar.

İyulun 13-də isə Ermənistan mətbuatı maraqlı iddia ilə çıxış edib. Qeyd olunub ki, Vaşinqtonun təklif etdiyi sülhün şərtlərindən biri də 65 min Qərbi azərbaycanlının öz evlərinə qayıtmasıdır. 

Görəsən, imzalanacaq sülh müqaviləsində Qərbi Azərbaycanlıların qayıdışı məsələsi də öz əksini tapa bilərmi?

Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirir ki, sülh müqaviləsində münaqişədən qalan bütün məsələlərin həlli prinsip etibarı ilə öz əksini tapa bilər: 

“Düşünmürəm ki, sülh müqaviləsində konkret olaraq Qərbi azərbaycanlılarla bağlı hansısa ayrıca bənd olsun. Amma yanaşma etibarı ilə münaqişə əsnasında digərdin düşən insanların yurd-yuvalarına qayıtması məsələsi də müqavilədə öz əksini taparsa, onda bu müddəa Qərbi azərbaycanlılara da şamil olmalıdır. 

Çünki münaqişənin fəsadlarından biri də məhz Qərbi azərbaycanlıların öz doğma torpaqlarından qovulması olub. Münaqişə məhz 1987-ci ildən soydaşlarımızın Ermənistandan qovulmasından sonra başlayıb. Ona görə ermənilər Qarabağda qalmaq istəyir və bununla bağlı tələb irəli sürürsə, Azərbaycan da Qərbi azərbaycanlıların qayıdışı tələbini təmin etməlidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO