"İsraillə tərəfdaşlığımız regionda təhlükəsizlik üçün mühüm rol oynayır" - Zakir Həsənov

Hazırda oxunan: "İsraillə tərəfdaşlığımız regionda təhlükəsizlik üçün mühüm rol oynayır" - Zakir Həsənov

146034

"Azərbaycan və İsrail arasında tərəfdaşlığın yüksək səviyyədə olması təkcə dövlətlərimizin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda rəsmi səfərdə olan İsrailin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Zakir Həsənov israilli həmkarı ilə GÖRÜŞDÜ – FOTO  


O, israilli həmkarını salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Müdafiə naziri kimi Azərbaycana ilk səfərindən və səmimi görüşə görə məmnunluğunu ifadə edən Y.Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO