İlham Əliyev Gədəbəy hadisəsinə görə aidiyyəti qurumlara bir həftə vaxt VERDİ - VİDEO

İlham Əliyev Gədəbəy hadisəsinə görə aidiyyəti qurumlara bir həftə vaxt VERDİ - VİDEO

Hazırda oxunan: İlham Əliyev Gədəbəy hadisəsinə görə aidiyyəti qurumlara bir həftə vaxt VERDİ - VİDEO

145736

"Mən xəbər tutandan (Gədəbəy hadisəsindən – red.) sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir?"

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin sədrliyi ilə müşavirə KEÇİRİLDİ - FOTO


Dövlət başçısı Nazirlər Kabinetini, Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edərək deyib:

“Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur”.

Prezident tapşırıb ki, bir həftə ərzində həm ona, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO