\

\"Ermənistan Azərbaycan ərazilərinə hərbçilər göndərməyə cəhd edir\" - Ceyhun Bayramov

Hazırda oxunan: \"Ermənistan Azərbaycan ərazilərinə hərbçilər göndərməyə cəhd edir\" - Ceyhun Bayramov

14533

Bu gün Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş tutub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə hərbçilərini göndərmək cəhdləri, gündəlik əsasda insanların həyatı üçün birbaşa təhlükə təşkil edən mina xəritələrinin Azərbaycana verilməsindən imtina edilməsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verib. 

 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Türkiyə nümayəndə heyətilə görüşdü


Nazir, həmçinin bölgədə həyata keçirilən quruculuq və bərpa prosesləri bu xüsusda Aİ-nin mümkün rolundan danışdı.

Xüsusi nümayəndə Toivo Klaar bölgədə sülhün qazanılması üçün birgə çalışmağın vacibliyini qeyd edib. Aİ-nin bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazır olduğunu vurğuladı.

Tərəflər, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO