Azərbaycan və Maldiv XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb - FOTO 

Azərbaycan və Maldiv XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb - FOTO 

Hazırda oxunan: Azərbaycan və Maldiv XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb - FOTO 

145141

7 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Maldiv Respublikasının xarici işlər üzrə dövlət naziri Əhməd Xəlil arasında görüş keçirilib. 

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Bizim.Media-ya bildirilib ki, görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin intensivləşdirilməsi, iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. 

Söhbət zamanı nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, bərpa və quruculuq, habelə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən böyük qayıdış proqramı, ağıllı şəhər və yaşıl enerji layihələri haqqında ətraflı məlumat verib. 
Tərəflər arasında, həmçinin çoxtərəfli əməkdaşlıq, regional məsələlər və digər maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Görüş çərçivəsində tərəflər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Maldiv Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalayıblar. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO