Azərbaycanın NÖVBƏTİ UĞURU – Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistana RƏDD CAVABI

Azərbaycanın NÖVBƏTİ UĞURU – Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistana RƏDD CAVABI

Hazırda oxunan: Azərbaycanın NÖVBƏTİ UĞURU – Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistana RƏDD CAVABI

145081

Beynəlxalq məhkəmə tərəfindən Ermənistanın növbəti yalanı ifşa olundu. 

Belə ki, Beynəlxalq Ədalət Məhkəməsinin bu gün keçirilən iclasında Ermənistanın Laçın yolu ilə bağlı 12 may 2023-cü il tarixli vəsatəti rədd edilib. 

Xatırladaq ki, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə "Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğuna və Azərbaycan Respublikasının hərbçilərinin Laçın yolundan çıxarılmasına dair" tələblə müraciət etmişdi. Rəsmi İrəvan bu addımı ilə Həkəri çayı üzərində qurulan sərhəd-buraxılış məntəqəsinin qanunsuz olduğunu sübuta yetirməyə çalışırdı.

Ancaq onların bu arzusu reallaşmadı. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələblərini rədd etməklə, Laçın yolu üzərində sərhəd-keçid məntəqəsinin qurulmasının hüquqiliyini də təsdiqləmiş oldu.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə məhkəmənin verdiyi qərarı ədalətli qərar hesab etməklə yanaşı, bunu Ermənistana vurulan növbəti zərbə kimi dəyərləndirib:
 

MÖVZU İLƏ BAĞLI:

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı vəsatətini RƏDD ETDİ


“Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarı beynəlxalq hüquq normalarına əsaslanan bir qərardır. Bu həm də Ermənistanın uydurduğu yalanların, dezinformasiyaların beynəlxalq arenada növbəti dəfə ifşa olunması deməkdir. Ermənistanın iddialarının arxasında heç bir hüquqi əsas dayanmır. Onun bu iddiaları tamamilə saxtadır. 

İrəvanın bu sayaq iddiaları ancaq iki məqsədə, Azərbaycana ərazi iddiaları irəli sürmək və beynəlxalq hüquq normalarını kobud surətdə pozmağa xidmət edir. Qərar beynəlxalq hüquq normalarına uyğun gələn ədalətli bir qərardır. Bu ərazilər beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Birliyi tərəfindən Azərbaycan ərazisi kimi tanınıb”. 

Deputatın sözlərinə görə, İrəvanın bu tip iddiaları boş iddialardır:

“Həmin səbəbdən də təklifləri rədd edilib. Ermənistan belə mövqeyini davam etdirsə, əslində onun mövcudluğu sual altında qalacaq. Bir daha görünəcək ki, Ermənistan dövləti barəsində çoxdan formalaşan beynəlxalq qanunlara əməl etməyən mənfi imic daha da möhkəmlənəcək. Qonşuların ərazisinə göz dikən ölkələrin heç zaman uzun vadəli ömrü olmur. Ermənistanı da hazırda bu aqibət gözləyir. Ermənistan rəsmiləri bunu anlayıb nəticə çıxarmasalar aqibətləri çox ağır olacaq”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO