“Bizim Albaniya kimi qardaş ölkəmiz var” - İlham Əliyev 

“Bizim Albaniya kimi qardaş ölkəmiz var” - İlham Əliyev 

Hazırda oxunan: “Bizim Albaniya kimi qardaş ölkəmiz var” - İlham Əliyev 

145073

“Ötənilki Frankofoniya sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya Təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi. Məhz Albaniya həmin bəndin qarşısını alan ölkə oldu”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Albaniya Prezidenti Azərbaycana rəsmi səfərə GƏLDİ


Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü olduğunu vurğulayan dövlət başçısı deyib: 

“Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə, biz çox minnətdarıq”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO