Azərbaycan və Uqanda XİN arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

Azərbaycan və Uqanda XİN arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

Hazırda oxunan: Azərbaycan və Uqanda XİN arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

144960

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Uqanda Respublikasının xarici işlər naziri Cece Odonqo ilə görüşündə Azərbaycan XİN-lə Uqanda XİN arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb. 

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub. 

C.Bayramov, Uqanda tərəfinin Azərbaycanın QH-ya sədrliyi dövründə göstərdiyi dəstəyi minnətdarlıqla xatırlayıb.

Bu xüsusda, Azərbaycan tərəfindən də Uqandanın Hərəkata sədrliyinə troyka üzvü kimi yaxından dəstək göstəriləcəyini qeyd edib. QH-nın coğrafi baxımdan bir-birinə uzaq ölkələri vahid platformada birləşdirməsi baxımından əhəmiyyətini qeyd edən nazir Ceyhun Bayramov, bu kimi görüşlərin üzv ölkələr arasında münasibətlərin inkişafına və əlaqələrin genişləndirilməsi perspektivlərinin müzakirəsinə töhfə verdiyini bildirib. 

Cece Odonqo, Azərbaycanın mürəkkəb bir dövrdə QH-ya sədrlik etməsinə baxmayaraq, Hərəkatın nüfuzunun artmasında göstərdiyi nümunəvi səylərə görə təşəkkürünü ifadə edib. Bu xüsusda, Azərbaycanın uğurlu sədrlik təcrübəsinin davam etdirilməsi üçün mövcud təcrübənin bölüşülməsinin vacibliyini qeyd edib. 
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO