Türkiyə XİN erməni terrorçunun azad edilməsini şiddətlə qınadı

Türkiyə XİN erməni terrorçunun azad edilməsini şiddətlə qınadı

Hazırda oxunan: Türkiyə XİN erməni terrorçunun azad edilməsini şiddətlə qınadı

14469

“Los Anceles Ali Məhkəməsinin şəhid Baş konsulumuz Kemal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsini şiddətlə qınayırııq”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

“Kaliforniya qubernatoru Qavin Nyusomun bu qərardan apellyasiya şikayəti verməməsini isə hüquq çərçivəsindən kənar hərəkət kimi qiymətləndiririk”- deyə, məlumatda bildirilib.

Xatırladaq ki, Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Kemal Arıkan erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən 28 yanvar 1982-ci ildə qətlə yetirilib.

Sasunyan ömürlük həbs cəzasına məhkum edilib, istintaqdan yayına bilən Salibanın Livandakı vətəndaş müharibəsində öldürüldüyü məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO