Odil Reno-Basso:

Odil Reno-Basso: "Biz enerji sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk”

Hazırda oxunan: Odil Reno-Basso: "Biz enerji sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk”

14468

“Ötən il biz diqqətimizi özəl sektor üzərində cəmləşdirdik, kiçik və orta sahibkarlığın dəstəklənməsi, sosial əhəmiyyətli və ətraf mühitə təsirlə bağlı yerli valyuta ifadəsində layihələrin icrası uğurla həyata keçirildi.

Biz Mərkəzi Bankla SVOP (valyuta mübadiləsi) sazişi bağlamaqla yerli valyutada layihələrin maliyyələşdirilməsi sahəsində əməkdaşlığımızdan da məmnunuq.
 

MÖVZU İLƏ BAĞLI:

“Azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan etmişəm” - Prezident 


Bu da öz növbəsində kiçik və orta sahibkarlığın dəstəklənməsi baxımından vacibdir. Sevindirici haldır ki, böyük həcmdə maliyyə töhfəsi verdiyimiz Cənub Qaz Dəhlizi layihəsi başa çatdı.

Biz bu layihədə yaxından iştirak edirdik və şadıq ki, həmin layihə artıq tam şəkildə icra edilib. Biz enerji sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk”.

Bizim.Media xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Basso martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən videoformatda qəbul edilərkən bildirib.

O, Azərbaycan hökuməti ilə külək və günəş enerjisi sahələrində əməkdaşlıq etdiklərini deyərək bununla bağlı qanunvericilik bazasının qəbul edilməsinin önəminə toxunub, bu sahədə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO