“Azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan etmişəm” - Prezident 

“Azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan etmişəm” - Prezident 

Hazırda oxunan: “Azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan etmişəm” - Prezident 

14463

“Mən işğaldan azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan etmişəm”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün  Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu videoformatda qəbul edərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək


“Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var.

Əlbəttə ki, biz bu məsələlərdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvənirik.

Mən işğaldan azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan etmişəm. Biz əsasən bərpa olunan enerji mənbələrindən, su, günəş və külək mənbələrindən istifadə etməyi planlaşdırırıq.

Bizim böyük beynəlxalq enerji şirkətləri ilə yaxşı iş təcrübəmiz var. Yeri gəlmişkən, Avropa Yenidənqurma və İnkişaf Bankı bu investisiya layihələrinin maliyyələşdirməsində iştirak edir.

Ümid edirik, eyni təcrübə azad edilmiş ərazilərdə də tətbiq olunacaqdır”, deyə Prezident çıxışında qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO