Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısında çıxış edib.
Bizim.Media xatırladır ki, Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.
Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısı bu gün və sabah keçiriləcək.
Bizim.Media