"Ermənistan mina xəritələrini Azərbaycana verməkdən imtina edir"- Ceyhun Bayramov

Hazırda oxunan: "Ermənistan mina xəritələrini Azərbaycana verməkdən imtina edir"- Ceyhun Bayramov

14450

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Polşa xarici işlər naziri Zbiqnyev Rau ilə telefon söhbəti baş tutub.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, C.Bayramov bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər barədə polşalı həmkarına məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Türkiyə nümayəndə heyətilə görüşdü


Nazir işğaldan azad olunan ərazilərdə çoxsaylı minaların olmasına və beləliklə də gündəlik əsasda insanların həyatına birbaşa təhdid təşkil etdiyinə diqqəti cəlb edərək Ermənistan tərəfinin bu günədək mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyini vurğulayıb.

Z.Rau öz tərəfindən üçtərəfli bəyanatların icra edilməsi, ölkələr arasında münasibətlərin normalaşması və bu xüsusda, beynəlxalq qurumların rolunun əhəmiyyətini qeyd edib.

Nazirlər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən siyasi dialoqun uğurla davam etdirilməsi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, habelə parlament xətti də daxil olmaqla, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO