Energetika naziri ABŞ səfiri ilə əməkdaşlıq əlaqələrini müzakirə etdi

Energetika naziri ABŞ səfiri ilə əməkdaşlıq əlaqələrini müzakirə etdi

Hazırda oxunan: Energetika naziri ABŞ səfiri ilə əməkdaşlıq əlaqələrini müzakirə etdi

14448

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenbergeri qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında energetika sektorunda əməkdaşlıq əlaqələrindən bəhs edilib.

Enerji keçidi prosesində iki ölkə arasında bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb, bu istiqamətdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Nazir ölkəmizdə energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə həyata keçirilən layihələr və müvafiq sahənin tənzimlənməsi məqsədi ilə hazırlanmış qanun layihələri, həmçinin işğaldan azad edilmiş ərazilərin yaşıl enerji ilə təminatı planları haqqında məlumat verib.

Səfir Örl Litzenberger Cənub Qaz Dəhlizi layihəsinin ABŞ tərəfindən dəstəkləndiyini və ölkəsinin şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və infrastrukturunun bərpasında iştirakda maraqlı olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO