Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Entoni Blinkenlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin rəsmi “Twitter“ hesabında məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov-Mirzoyan danışıqları 3 gün DAVAM EDƏCƏK
Məlumata görə, görüş ABŞ Dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Arlinqtonda, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutub.
Qeyd edək ki, görüşdən sonra Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edəcək.
Bizim.Media