Prezident: “İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu daha geniş vüsət alıb”

Prezident: “İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu daha geniş vüsət alıb”

Hazırda oxunan: Prezident: “İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu daha geniş vüsət alıb”

142916

“İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır”. 

Bizim.Media xəbər verir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident MN-in komando hərbi hissəsində Döyüş bayrağını təqdim ETDİ


İşğal dövründə ordu quruculuğunun bir nömrəli vəzifə olduğunu vurğulayan dövlət başçısı bildirib: 

“Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. Ancaq buna baxmayaraq, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO